28 Fevral, 2015
“Tarqovu”da qiymət artımı ilə bağlı aksiya - Fotolar

Bakının mərkəzində, Fəvvarələr meydanında bir qrup şəxs ölkədə manatın ucuzlaşmasından sonra yaranmış süni qiymət artımına qarşı etiraz aksiyası keçirib.

Simsar.az-ın musavat.com-a istinadən məlumatına görə, polis artıq aksiya iştirakçılarını dağıdıb. Ərazidə təhlükəsizlik tədbirləri görülür.

Saytın yazdığına görə, hazırda 5 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılaraq, ərazidə yerləşən polis bölməsinə aparılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!