28 Fevral, 2015
Paytaxtda sakini döyüb telefonunu oğurladılar

Paytaxt polisi telefon oğrularına qarşı əməliyyat keçirib.

Simsar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 26-da Nəsimi rayonuna aid S.Rəhimov küçəsində 2 nəfər Bakı sakini Fuad Ramazanovu döyərək, onun mobil telefonunu oğurlayıblar.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Heydər Fərmanov və Ziya Məhərrəmzadə tutulub.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!