28 Fevral, 2015
Konqresmen Xocalı ilə bağlı bəyanat verdi

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresində bəyanatla çıxış edib.

Simsar.az xəbər verir ki, Azərbaycanın Birləşmiş Ştatlarındakı səfirliyindən Trend-ə verilən məlumata görə, o, 1992-ci il 26 fevral tarixində 613 nəfərin Azərbaycan torpağı olan Xocalıda qətlə yetirildiyini bildirib. Konqresmen öz bəyanatında Konqres üzvlərini Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.

Eyni zamanda, D.Peyn öz bəyanatında Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!