28 Fevral, 2015
Azərbaycanlı referi avrokuboka təyinat aldı

 

Azərbaycan hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıb. Simsar.az saytının məlumatına görə, təmsilçimiz “Çelenc Cup”ın 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində “Stroitel” (Belarus) – “Maliye Milli Piyanqo” (Türkiyə) duelində əsas söz sahibi olacaq.

Minskdə martın 11-də kişi voleybolçular arasında keçiriləcək bu qarşılaşmada Selinin köməkçisi funksiyasını isveçli Yohan Maqnusson yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun martın 4-ə təsadüf edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!