28 Fevral, 2015
4 qoyun, 3 velosiped oğurlandı - Yasamalda

Yasamal polisi velosiped oğurlayan şəxsi yaxalayıb.

Simsar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 26-na keçən gecə Yasamal rayonu ərazisindən Mətləb Kazımova, Teymur Niftəliyevə və Mehman Ağamalıyevə məxsus 3 ədəd velosiped oğurlanıb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı sakini, əvvəllər məhkum olunan Həmid İsgəndərov tutulub. Polis onun üzərindən 6,13 qram həşiş də götürüb.

Digər bir oğurluq hadisəsi isə Biləsuvarda baş verib. Fevralın 27-də rayonun Ağayrı kənd sakini Cəlal Əzizovun həyətindən 4 baş qoyun oğurlanıb. Biləsuvar polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlal Əzizovun həyətindən 4 baş qoyun oğurlayan həmkəndlisi Hüseyn Hüseynov tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!