28 Fevral, 2015
“Hilal ət”də qiymətlər dəyişmədi - FOTOLAR

“Hilal ət” ət və ət məhsulları mağazalar şəbəkəsində qiymətlər əvvəlki kimidir. Devalvasiyanı əsas gətirərək qiymətləri süni şəkildə artıran mağazalardan fərqli olaraq burada müştərilər məhsualları əvvəlki qiymətləri ilə əldə edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin süni qiymət artımı edənlərə qarşı tədbirləri gücləndirməsini təqdir edən “Hilal ət” rəhbərliyi istehlakçıları heç bir halda onların hüquqlarına zidd fəaliyyət göstərməyəcəyinə əmin edir.


Burada məhsullar bazar qiymətindən ucuz təklif olunur. Bəzi məhsulların qiymətlərini diqqətinizə çatdırırıq:

Sümüksüz dana əti – 9.7 AZN (Bazar qiyməti – 10.5 AZN)
Sümüklü dana əti – 7.2 AZN (Bazar qiyməti – 8 AZN)
Sümüksüz quzu əti – 9.99 AZN (Bazar qiyməti – 11 AZN)


Devalvasiya “Hilal ət”in ənənəvi kampaniyasına da təsir göstərməyib. Belə ki, əvvəl olduğu kimi, yenə də müştərilər hər ayın 3-cü həftəsi bütün ət məhsullarını endirimlə əldə edirlər.

Kampaniya qiymətləri:

Sümüklü dana əti – 6.49 AZN
Dana qiymə - 6.99 AZN
Sümüksüz dana əti – 8.99 AZN
Dana bel əti – 6.99 AZN

Qeyd edək ki, “Hilal ət” markası “Hilal Aqro” şirkətinə məxsusdur və bütün məhsullar bu şirkətin fermalarında istehsal edilir. Hazırda şirkətin kifayət qədər ehtiyatları var.


Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!