3 May, 2011
“Koroğlu”ya görə Çaparidze bağını hasarladılar

Xalq qəhrəmanına qoyulacaq abidənin yeri müəyyənləşib

Azərbaycanın əfsanəvi xalq qəhrəmanı Koroğluya qoyulacaq abidənin yeri müəyyənləşib. Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət şöbəsinin əməkdaşı Qalib Qasımov Simsar.az-a verdiyi məlumata görə, Koroğluya heykəl Azadlıq prospekri, "Dostluq" kinoteatrının yanındakı keçmiş Çaparidze bağında qoyulacaq.  
Artıq parkın ətrafı hasara alınıb, heykəlin qoyulması ilə bağlı müəyyən işlər aparılır.
Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 3-də Koroğluya Bakıda abidə qoyulması haqda sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, xalq qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunub. Buna görə də Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat məbləğində vəsait ayrılıb.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!