28 Fevral, 2015
Sabah 13 dərəcə isti olacaq
Martın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, cənub küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında  gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, əsasən şimal və qərb rayonlarında havanın yağıntılı keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!