28 Fevral, 2015
Bakıda qadın özünü asdı

Bakıda intihar hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Salyan yolu keçəsi ev 2, mənzil 60-da qeydə alınıb.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Dilşad Abbas qızı Babayeva yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!