28 Fevral, 2015
Keçmiş deputat intihar etdi

Fevralın 27-dən 28-nə keçən gecə Kiyevdə Regionlar Partiyasının keçmiş üzvü və sabiq deputat Mixail Çeçetovun meyiti aşkarlanıb.

Simsar.az Ukrayna Kiv-nə istinadən xəbər verir ki, bu haqda Facebook səhifəsində jurnalist Artyom Şevçenko məlumat yayıb: “Mənim məhkəmə tibb ekspertizasındakı etibarlı mənbəm xəbər verib ki, bu gecə saat 1-ə yaxın Kiyevdəki Mişuqi küçəsi 2-də keçmiş deputat Mixail Çeçetovun meyiti aşkarlanıb.

O, arvadı ilə yaşadığı binanın 17-ci mərtəbəsindən düşüb. Ehtimal olunur ki, ölümündən əvvəl məktub yazıb. Mənzildə intihar zamanı Çeçetovun arvadı olub”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!