28 Fevral, 2015
Rusiyanı ayağa qaldıran Nemtsov qətlindən xəbər var - Fotolar

Rusiyada qətlə yetirilən tanınmış siyasətçi Boris Nemtsovun ölümü ilə bağlı bütün versiyalar araşdırılır.

Simsar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1990-cı ildə baş nazirin birinci müavini postunu tutan Nemçovun öülümü ilə bağlı istintaqçılar bütün mümkün, o cümlədən sifarişli qətl versiyasına da yer veriblər. Artıq Daxili İşlər Nazirliyinin əməkdaşları hadisəsinin yeganə şahidi olan 23 yaşlı Ukrayna vətəndaşı olan model Anna Duriçkayanı da dindiriblər. Hazırda Moskvada morqa yerləşdirilən Nemstovun cəsədi yarılıb, həkimlərin rəyinə görə,ölüm daxili qanaxmadan baş verib. Kürəyindən vurulan siyasətçiyə açılan altı güllədən dördü hədəfə dəyib.

Güllələr onun başına, ürəyinə,qaraciyər və mədəsinə dəyib.Həyatı orqanları zədələnən siyasətçi 2 dəqiqə ərzində dünyasını dəyişib.

***

Siyasətçinin ölümünü araşdırmaq üçün operativ qərargah yaradılıb, faktla bağlı cinayət işi açılıb. Cinayətkarı həmçinin qanunsuz silahdaşıma ilə bağlı ayrıca cəza gözləyir.

Polis artıq müşahidə kameralarına əsasən, cinayətkarın izinə düşüb. Siyasətçinin evində də araşdırma aparılıb və cinayətin motivini müəyyən etməyə yardım edə biləcək materiallar götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!