28 Fevral, 2015
Daha bir əsas yol bağlandı

Heydər Əliyev prospektindən şəhər istiqamətində köməkçi yol bağlanıb.

“Azəryolservis” ASC-dən Simsar.az-a verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yolda şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

İşlərin 01.03.2015-ci il 18:00-a kimi yekunlaşdırılması nəzərdə tutulur.  Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!