28 Fevral, 2015
İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Şərqi Nusa-Tenqara əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Simsar.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin Flores bölgəsindən 104 km şərqdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın  Milli Meteorologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!