28 Fevral, 2015
Nemtsov Kremlin sifarişi ilə qətlə yetrilib - NATO İNSTİTUTU

"Rusiya müxalifətinin lideri, demokrat və Putin Administrasiyasının kabusu, əsl vətənpərvər Boris Nemtsov Kremlin sifarişi ilə qətlə yetrildi".

Simsar.az xəbər verir ki, bunu NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.

O bildirib ki, Putin administrasiyasinin işi tez bir halda nəzarətə götürməsi, işin arxasında özlərinin olduğunu açıq səkildə biruzə verir: "Belə bir məsəl var, öldürən qaçar, sifariş verən hadisə yerinə gələr. Rusiya Daxili İşlər Nazirinin həmin hadisə yerinə gəlməsi və Putinin təcili reaksiya verməsi, bu məsələdə bəzi məqamları ortaya çıxarır. Qətli törədən şəxs ya Qafqaz əsilli Kadırovun killeri ya da FSB-yə bağlı hər hansı bir Millətçinin olma ehtimalı yüksəkdir!"

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!