28 Fevral, 2015
Bakıda yanğın: yaralılar var

Bakıda güclü yanğın hadisəsi baş verib.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının veridiyi məlumata görə, Xəzər rayonunda beşmərtəbəli, 6 bloklu yaşayış binasının alkapondan ibarət divar üzlüyü və dam örtüyü yanıb.

Yanğına səbəb binanın işıqlandırılması üçün quraşdırılan işıqlandırma sistemində yaranan nasazlıq göstərilir.

Yanğın nəticəsində zərərçəkənlər var. 6 nəfər tüstüdən zəhərlənib.

Yanğının qarşısı hadisə yerinə gələn yanğınsönənlər tərəfindən alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!