27 Fevral, 2015
İŞİD cəlladının yeni FOTOları

Böyük Britaniyanın Sky News telekanalı İŞİD cəlladı "Cihadi Con"un şəkilini dərc edib.

Simsar.az-ın məlumatına görə, bundan əvvəl “The Daily Mail” qəzeti İŞİD cəlladının məktəb illərindəki, şəkilini dərc etmişdi.

İraqda kamera qarşısında amerikalı jurnalistin başını kəsmiş, səlis ingilis ləhcəsi ilə danışan İŞİD döyüşçüsünün kimliyi də müəyyənləşib.

O, 2013-cü ildə Suriyaya döyüşməyə yollanmazdan əvvəl London bir rep qrupunun üzvü olub. Kəşfiyyat məlumatlarına görə, həmin gənc cəllad təxminən bir il əvvəl Londonda bir milyon funt dəyərində olan malikanədə yaşayıb. Hazırda döyüşçülər arasında "Cihadi Con" ləqəbi ilə tanınır.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının cəlladı “Cihadi Con”un əsl adı Mohammed Emvazidir. O London sakinidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!