27 Fevral, 2015
İtaliya daha bir rus təyyarəsini ələ keçirdi

Baltik hava məkanında patrul uçuşu həyata keçirən İtaliyaya məxsus "Typhoon" qırıcıları Rusiyaya məxsus "İl-20" markalı elektron kəşfiyyat təyyarəsini ələ keçirib.

Simsar.az xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb.

Litva Müdafiə Nazirliyi açıqlamasında İtaliya qırıcılarının Rusiyaya məxsus kəşfiyyat təyyarəsinin ələ keçirilməsi üçün havaya qaldırıldığını bildirib. Daha sonra rus qırıcılarının dövrəyə alındığı qeyd edilib.

Xatırladaq ki, ötən gün də anoloji hadisə baş vermişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!