27 Fevral, 2015
ABŞ-da qətliam kimi cinayət

Polis ABŞ-ın Missuri ştatının Tirona şəhərinin müxtəlif ərazilərində yeddi nəfərin meyitini aşkar edib.

Simsar.az məlumatına görə, atəş açdığı güman edilən şəxs də öldürülüb.

Polisin 36 yaşlı şübhəlinin hadisədən sonra özünü öldürdüyünü ehtimal edir.

Hadisənin nə səbəbə və necə baş verdiyi barədə hələ heç bir məlumat yoxdu.

Polis qatillə ölülər arasında bağlantı axtarmağa çalışır. Faktla bağlı araşdırmalar davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!