27 Fevral, 2015
Azərbaycanın Avropa oyunlarında xərclər və gəlirləri

Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov I Avropa Oyunlarına qatılacaq hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi məsələsi ilə bağlı mətbuata açıqlama verib.

Əməliyyat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, nazir A.Rəhimov açıqlamasında bildirib: “İlk növbədə Avropa Olimpiya Komitələrinin (AOK) 2012-ci il dekabr ayında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı verdiyi qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istərdim. Bu öhdəliklərə I Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda bildirəm ki, bundan öncə keçirilmiş London, Soçi və digər Olimpiya Oyunları üçün də belə öhdəliklər mövcud olmuşdur. Beynəlxalq idman aləmində bu təcrübə geniş yayılmış və hər hansı bir istisna halı kimi qəbul edilməməlidir".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!