27 Fevral, 2015
"ABŞ-a qarşı plan hazırlamışıq" - Ryabkov

"Moskva ABŞ-ın yeni sanksiyalarına cavab verməyə hazır olacaq. Bunun üçün planlarımız var".

Simsar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. "Biz mümkün olan bütün seçimləri ortaya qoyuruq. Sanksiyalara qarşı ən ağır və kəskin cavab verəcəyik. Moskva planlarını öncədən reallaşdırmır. Biz hər addıma qarşı öz hazırlığımızı görürük", - Ryabkov vurğulayıb. Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət katibi Con Kerri və rəsmi şəxslər Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu elan etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!