27 Fevral, 2015
Bütün ölkə bu qadından danışır - FOTO

Koreyada bir qadın plastik cərrahiyyənin nələrə qadir olduğunu sübut edib.

Simsar.az-ın məlumatına görə, 29 yaşlı Muun Sun Yanq öz xarici görünüşündən narazı olub. Koreyalı qadın böyük və dairəvi gözlərin daha gözəl olduğuna inandığı üçün plastik əməliyyat etdirmək qərarına gəlib.

Onun əməliyyatdan sonrakı görünüşü isə görənləri şoka salıb. Sanki o gedib, yerinə başqası gəlib. Muun öz xarici görünüşündən olduqca məmmnundur. Gənc qadın əməliyyatdan sonra böyük məşhurluq qazanıb və televiziya verilişlərinə dəvət olunub.

Qeyd edək ki, Koreya, Çin və Yaponiyada plastik cərrahiyyə əməliyyatları olduqca geniş yayılıb. Xüsusilə Cənubi Koreya hər insana düşən cərrahiyyə əməliyyatının sayına görə dünyada birincidir. Paytaxt Seul isə həm də dünya plastik cərrahiyyəsinin paytaxtı sayılır.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!