27 Fevral, 2015
"Ukrayna qazını kəsə bilərik" - NAZİR

“Ukraynanın qazı martın 2-də keçiriləcək üçtərəfli Brüssel görüşünə qədər kəsilə bilər”.

Simsar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Energetika naziri Aleksandr Novak çıxış edib.   O, mart ayının ödənişinin daxil olmayacağı təqdirdə bu addımı atacaqlarını deyib:   “Ukrayna tərəfindən pulun ödənildiyi bildirilir. “Qazprom” Kiyevin 15 milyon dollar verdiyini desə də, pulun hələ hesaba oturmadığını bildirir”.   Qeyd edək ki, martın 2-də Avropa Birliyi, Ukrayna və Rusiyanın Brüsseldə Moskvanın Donbasa qaz verməsilə əlaqədər görüş təşkil ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!