27 Fevral, 2015
Cerard baş məşqçi olmaq istəyir

Mövsümün sonunda "Liverpul"dan ayrılacaq Stiven Cerard gələcək planları haqda danışıb.

Simsar.az-ın məlumatına görə, Britaniya mətbuatına danışan Cerard yaxın gələcəkdə futbola başladığı "Liverpul"un baş məşqçisi olmaq istədiyini bildirib:

"Liverpul"u çalışdırmağı hər zaman arzulamışam. Ancaq təkcə arzulamaq kifayət etmir. Buna hazır olduğunu göstərməlisən. İstənilən halda, bu, tezliklə baş verməyəcək. Çünki hələ ki, futbolçu karyeramı davam etdirirəm".

Qeyd edək ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan Cerard cari mövsümün sonunda ABŞ-ın "Los Angeles Qalaksi" klubuna transfer olunacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!