27 Fevral, 2015
Almaniyadan yunanlara MÜJDƏ

Almaniya Bundestaqı Yunanıstana maliyyə yardımı nəzərdə tutan proqramın 4 ay uzadılması barədə qərar verib.

Simsae.az xəbər verir ki, Almaniyanın Maliyyə naziri Volfanq Şublenin parlamentə təqdim etdiyi layihənin lehinə 542 millət vəkili səs verib.   Bu qərarla Yunanıstana Avropa Maliyyə Sabitlik Fondundan (EFSF) 1,8 milyard, Avropa Mərkəzi Bankından (EZB) 1,9 milyard, Beynəlxalq Valyuta Fondundan (IWF) 3,5 milyard və yunan banklarını sabitləşdirmə fondundan isə 10 milyard olmaqla, 17 milyard avro əlavə maliyyə yardımı ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!