27 Fevral, 2015
Şamaxıda qəza: Yaralılar var

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Simsar.az-ın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini, 1992-ci il təvəllüdlü Qədirov Ruslan Ağasəlim oğlunun idarə etdiyi 90-KD-227 dövlət nömrə nişanlı VAZ-21015 markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisənin havanın dumanlı və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə zamanı sürücü R. Qədirov və sərnişin, Qobustan sakini, 1997-ci il təvəllüdlü Dəmirov Fəqan Nizami oğlu müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasının reanimasiya və cərrahiyə şöbələrinə yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!