27 Fevral, 2015
“Qara Qartal” azarkeşləri yenə rekord qırdı – RƏSMİ

İstanbulda yenə “Beşiktaş” – “Liverpul” matçı, yenə rekord

Avropa Liqasının 1/16 final mərhələsində ötən gün baş tutan oyunu izləmək üçün stadiona biletli olaraq 63 min 324 tamaşaçı gəlib.

Simsar.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutan qarşılaşma UEFA tərəfindən rekord kimi dəyərləndirilib. Belə ki, indiyədək heç bir Avropa Liqası oyunu stadiona bu sayda azarkeş toplaya bilməyib.

Qeyd edək ki, “Beşiktaş” sözügedən görüşdə penaltilər seriyasında “Liverpul”u məğlub edərək adını 1/8 finala yazdırıb.

Xatırladaq ki, 24 oktyabr, 2007-ci ildə yenə İstanbulda oynanan bir “Liverpul” qarşılaşmasında “Qara Qartal”ın azrkeşləri 132 desibel səs gücü rekordu vurmuşdular. Maraqlıdır ki, bu dəfəki rekord da məhz “Mersisaydlılar”la oyunda baş verdi.


Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!