27 Fevral, 2015
Azərbaycanlı müğənni ana oldu - EKSKLÜZİV - FOTO

Simsar.Az xəbər verir ki, bir zamanlar rəqqasə, hazırda müğənni kimi fəaliyyət göstərən Sevda Sanaliyeva ana olub.

Bu barədə saytımıza Sevdanın yaxın rəfiqəsi, Lider TV -də yayımlanan "Ay ev yiyəsi" verilişinin müəllifi və aparıcısı Lalə Əlimuxtarova məlumat verdi:

"27 fevralın ən pozitiv xəbəri Sevdanın oğul anası olması oldu. Ana və bala hər ikisi Mərkəzi Gömrük Hospitalında həkim nəzarətindədirlər, səhhətləri də yaxşıdır.

Allah-Təala bu sevinci cəmi ana olmaq istəyən xanımlarımıza yaşatsın. Amin".

Lalə onu da bildirdi ki, Sevda oğluna nə ad qoyacağını yaxın günlərdə açıqlayacaq.

Şahin Cavadsoy Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!