27 Fevral, 2015
Türkiyə Süleyman Şah türbəsini belə partlatdı - Video

Türkiyənin Süleyman Şah türbəsini partlatmasını əks etdirən görüntülər yayılıb.

Simsar.az xəbər verir ki, “Şah Fırat” adlandırılan əməliyyat zamanı Türkiyə rəhbərliyi türbəni İŞİD-in əlinə keçməməsi üçün partladıb.

Qeyd edək ki, fevralın 22-də Türkiyə Süleyman Şah türbəsinin təxliyyəsi üçün Suriyaya qoşun yeridib. Türkiyənin keçirdiyi əməliyyatda 700 türk hərbçisi iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!