27 Fevral, 2015
“Almaniya və Türkiyənin həmsədr ölkə olması gündəlikdə deyil”

"Almaniya və Türkiyənin Minsk qrupunun həmsədri ölkəsi olması məsələsi hələlik gündəlikdə deyil". Simsar.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev Türkiyə və Almaniyanın Minsk qrupunun həmsədrlikdə təmsil olunmaları təklifinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun bütün üzvləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün öz töhfələrini verməlivə fəallıq nümayiş etdirməlidirlər.

H.Hacıyev xatırladıb ki, Almaniya və Türkiyə ATƏT-in Minsk qrupunun üzvləridir. "Ümumilikdə, yekun məqsəd Azərbaycan ərazilərini işğaldan azad etmək və məcburi köçkünləri öz evlərinə geri qaytarmaqdır. Almaniya və Türkiyənin Minsk qrupunun həmsədri ölkəsi olması məsələsi isə hələlik gündəmdə deyil".

"Həmsədrlərdən gözləntimiz ondan ibarətdir ki, Ermənistanın destruktiv, danışılar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq bu ölkəyə fərqli münasibət sərgiləsinlər və məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq edilməsini nəzərdən keçirsinlər”, - H. Hacıyev bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!