27 Fevral, 2015
İran Türiyə ilə iqtisadi əlaqələri gücləndirir

Tehran martın 3-də İran və Türkiyədən yüksək səviyyəli səlahiyyətli elçi və ticarət müşavirlərinin iştirak etdiyi birgə tətbiqi ticarət iclasına ev sahibliyi edəcək.

Simsar.az xəbər verir ki, bu barədə farsnews.com məlumat yayıb.

Sayt bildirir ki, bundan əvvəl də İran rəhbərliyi ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə İraq, Suriya, Qətər, BƏƏ və Çin kimi ölkələrlə ötən aylarda bənzər sessiyaları keçirib.
İran və Türkiyə birgə tətbiqi ticarət sessiyasında Türkiyənin regional və qlobal ticarətdə mövqeyi, iki ölkə arasında imzalanan seçimli ticarət müqaviləsinin yaratdığı imkanlar, Türkiyədə İranın ticarət rəqibləri, Türkiyədə alıcıların arzu və istəkləri, İranın Türkiyəyə ixrac üstünlükləri, hüquq ticarəti, İran məhsullarının Türkiyədə aparma metodları, bank məsələləri və nəqliyyat kimi məsələlərin müzakirə olunması gözlənilir.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!