27 Fevral, 2015
Ən qanlı il

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin sözlərinə görə, 2014-cü il ən qanlı il olub.

Simsar.az-ın məlumatıan görə, Klapper terrorizmin səbəb olduğu ölüm halları haqqında məlumatları paylaşaraq bildirib ki, 2014-cü il terrorizm cəhətdən ən çox itkinin yaşandığı il olub. "45 ildə toplanan məlumata əsasən, son hesablamalar da tamamlanandan sonra, 2014-cü il, hər halda, ən qanlı il olacaq", - deyə o bildirib.

O həmçinin bildirib ki, 2013-cü ildə 11 min 500 hücum nəticəsində 22 min insan ölüb. 2014-cü ildə isə 9 ay ərzində təxminən 13 min hücum edilib və 31 min insan həlak olub. Hücumların və ölüm hallarının yarısı İraq, Pakistan və Əfqanıstanın payına düşür. Onun sözlərinə görə, İŞİD terror qruplaşması digər terror qruplaşmaları ilə müqayisədə keçən ilin ilk 9 ayında ən çox hücum edən qruplaşma olub.

Ceyms Klapper İŞİD-ə qoşulmaq istəyənlər haqqında da danışaraq qeyd edib ki, ABŞ-dan 180-ə yaxın amerikalı, qərb ölkələrindən isə ümumilikdə 3 min 400-dən çox insan terrorçulara qoşulmaq üçün İraq və Suriyaya gedib. Gedənlərdən yüzlərlə insan isə öz ölkələrinə geri qayıdıb.

Kəşfiyyat İdarəsinin direktoru onu da deyib ki, İŞİD öz nüfuzunu və nəzarətini Ərəbistan yarımadasına, Şimali Afrika və Cənubi Asiyaya doğru genişləndirmək istəyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!