27 Fevral, 2015
Təhsil Nazirliyi Pyer və Mari Küri Universitetində görüş keçirib

“Azərbaycan günü” tədbirləri çərçivəsində Parisdə səfərdə olan Təhsil Nazirliyi rəsmiləri və Azərbaycan ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti fevralın 26-da Pyer və Mari Küri Universitetində görüş keçirib.

Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə, universitetin prezidenti Jan Şambaz Azərbaycan nümayəndə heyətinə məlumat verərək bildirib ki, ali məktəbdə müxtəlif ixtisaslar üzrə 34 min tələbə təhsil alır. Ali məktəbin ümumi fəaliyyətindən söz açan J.Şambaz universitetdə 100 elmi-tədqiqat laboratoriyasının mövcud olduğunu qeyd edib.

Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun direktoru Raja Şatila rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, aparılan elmi araşdırmalar, robot texnikası barədə təqdimatla çıxış edib.

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ali təhsil müəssisəsinin elmi-tədqiqat və robot hazırlığı laboratoriyaları ilə yaxından tanış olub, təhsil müəssisəsinin müvafiq sahədəki iş təcrübəsi haqqında məlumat əldə ediblər.

Sonda Azərbaycan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!