27 Fevral, 2015
“Qara dağlı” filmi Türkiyədə ikinci yerə layiq görülüb

Türkiyənin “Hazar World” (“Xəzər dünya”) jurnalı “Erməni işğalı altında olan Qarabağ” mövzusunda “Xəzər” qısa film yarışması təşkil edib. Yarışmada azərbaycanlı gənclərin “Qara dağlı” filmi ikinci olub.

Simsar.az xəbər verir ki, ideya və ssenari müəllifi Röya Qarabağlı, rejissoru Sadiq Fərzəlibəylinin olduğu film 50 film arasından seçilərək finalçılardan biri olub. 1992-ci il fevralın 17-də ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi soyqırımda şəhid olan igidlərin qəhrəmanlığına, kəndin işğal tarixinə həsr olunmuş filmin mükafatlandırma mərasimində azərbaycanlı millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Qeyd edək ki, müsabiqədə birinci yeri “Cənnətin çiçəkləri”, üçüncü yeri isə “Qarabağ Turan” filmləri tutub.



Nigar Məhərrəm

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!