27 Fevral, 2015
Ermənistanda Sarkisyana qarşı təzyiqlər artırılır

Ermənistanda Serj Sərksiyan iqtidarına qarşı yeni müxalifət koalisiyası yaranır. Simsar.az saytı Ermənistan mətbuatına istinadən məlumat verir ki, parlamentdən kənar bir sıra qüvvələr öz aralarında aktiv siyasi müzakirə və məsləhətləşmələr aparacaq.
Məlumata görə, görüşlər “Vahid Özünütəyinetmə” Partiyasının sədri Paruyr Ayrikyanın təşəbbüsü ilə baş tutub. Görüşlərin keçirildiyini təsdiqləyən Ayrikyan yeni müxalifət koalisiyasında “İrs”, “Erməni Ümummilli Hərəkatı”, “Azad Demokratlar”, Mühafizəkar” partiyalarının, “Parlament təsisediciləri” və "Demokratik Vətən" təşkilatlarının iştirak edəcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!