3 May, 2011
Azərbaycan və BƏƏ Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib

Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib.  

İclasda çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatında qazanılmış uğurlar barədə ətraflı məlumat verib.

Ş.Mustafayev bildirib ki, Azərbaycanda xarici ölkələrlə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verilir.

Ölkələr arasında ticarət əməliyyatlarının həcmi 2010-cu ildə əvvəlki illə müqayisədə 36,8%, 2011-ci ilin I rübündə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artmışdır. Bu gün bir sıra Azərbaycan istehsalı olan məhsullar (“Badamlı” mineral suları və s.) BƏƏ-yə ixrac olunur.

Tədbir çərçivəsində hökumətlər arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanıb.

İclasın sonunda Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!