27 Fevral, 2015
Şimalı Koreya Konqresə yazılı hesabat göndərdi

Şimali Koreya yeni ballistik raketlər hazırlayır.

Simsar.az "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri Strateji Komandanlığının komandanı admiral Sesil D.Heyni bildirib.

"Şimali Koreya Sualtı Qayıqlarda Ballistik Raket sistemi də daxil olmaqla, öz ballistik raket texnologiyasını inkişaf etdirməkdədir", - o, Konqresə ünvanladığı yazılı hesabatda vurğulayıb.

Admiral hesabatda bildirib ki, Pxenyan mobil yerüstü qurğular vasitəsi ilə buraxıla biləcək yeni ballastik raketlər də hazırlayır.

Xatırladaq ki, bu ilin fevralın ortalarında Cənubi Koreyanın müdafiə naziri Şimali Koreyanın Sualtı Qayıqlarda Ballistik Raket sınaqları keçirdiyini bildirmişdi. Bu xəbər digər maraqlı dövlətlər tərəfindən rəsmi olaraq, təsdiqlənməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!