27 Fevral, 2015
“Qarabağ”ın yeni transferini yaxından tanıyaq - VİDEO

Dani Kuintana sabahdan etibarən “Qarabağ”a qoşulacaq. Azad agent kimi Ağdam klubuna qatılacaq futbolçu yeni mövsümdən klubun formasını geyinə biləcək. Buna qədər isə Kuintana komanda ilə birgə məşqlərə çıxacaq.

İspaniyalı yarımmüdafiəçini yaxından tanıyaq...

Simsar.az xəbər verir ki, Dani Quintana 1987-ci ildə anadan olub. Martın 8-i 28 yaşını tamam edəcək futbolçu peşəkar karyerasına “Valensiya B”də başlayıb. 2008-ci ilədək burada çıxış edən Dani 6 oyunda meydana çıxıb, 1 dəfə fərqlənib.

Daha sonra icarə əsasında “Puçon”a keçən futbolçu burada heç bir oyuna çıxmayıb.

2008-ci ildə “Ortinyent” klubuna transfer edilən Kuintana 9 oyun keçirib. Tez-tez iş yerini dəyişən yarımmüdafiəçi daha sonra “Alzia” (33 oyun, 2 qol), “Rasinq Ferrol” (19 oyun, 1 qol), “Hurakan” (19 oyun, 4 qol), “Olimpik Xativa” (36 oyun, 2 qol), “Ximnastik” (20 oyun, 2 qol) kimi klublarda forma geyinib.

2013-cü ildən legioner həyatı yaşamağa başlayan Daninin ilk iş yeri Polşa olub. “Yagelloniya” klubunun şərəfini qoruyan ispaniyalı 56 oyunda 20 dəfə fərqlənməyi bacarıb.

Bir il sonra Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transfer edilən Dani 7 oyunda iştirak edib, 1 dəfə fərqlənə bilib.

Qeyd edək ki, Dani Kuintana “Qarabağ”la 3 illik müqaviləyə qol çəkəcək.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!