27 Fevral, 2015
Kinoteatrda pulsuz filmlər nümayiş olundu

Simsar.az xəbər verir ki, ötən gün Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23 –cü ildönümü ilə bağlı vətənpərvətrlik mövzusunda çəkilmiş filmlərin  nümayişi keçirilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Ali Neft Məktəbinin tələbələri  və müxtəlif məktəblərin yeniyetmələri Qarabağ müharibəsi  haqqında çəkilmiş, rejissor Vahid Mustafaevin “Xoca” və Elxan Cəfərovun  “Dolu”   filmlərinin nümayişində iştirak ediblər.

Bu aksiya  Nizami Kino Mərkəzinin,  Xocalı faciəsində günahsız həlak olan soydaşlarımıza  hüzn və ehtiramıdır.
Kinomərkəzdə nümayişdə olan digər filmlərin verilişi isə dayandırılıb.
Seanslara giriş pulsuz olub.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!