27 Fevral, 2015
“Beşiktaş” növbəti mərhələdə, “Trabzonspor” uduzdu – VİDEO

Ötən gecə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. Simsar.az xəbər verir ki, baş tutan görüşlərdən sonra 1/8 finalçıların adlarına aydınlıq gəlib.
Türkiyə təmsilçilərindən “Beşiktaş” doğma azarkeşlər önündə “Liverpul”la qarşılaşıb. İlk matçda məğlub olan “Qara qartallar” əsas vaxtda bunun əvəzini çıxa biliblər. Penaltilər seriyasında da üstün olan İstanbul klubu adını növbəti mərhələyə yazdırıb.
İlk oyunda “Napoli”yə darmadağın olan “Trabzonspor” bu dəfə də məğlubiyyətlə barışıb. İtaliya təmsilçisi bir qolla qalib gəlib.
“Qarabağ”la eyni qrupda mübarizə aparan “İnter” “Seltik”lə matçda qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb. “Dnepr” isə “Olimpiakos”la səfər görüşündə heç-heçəyə nail olaraq mübarizəni davam etdirmək hüququ əldə edib.

Avropa Liqası

1/16 final, cavab oyunlar

26 fevral

“Dinamo” M (Rusiya) - “Anderlext” (Belçika) - 3:1

Qollar: Kozlov, 47, Yusupov, 64, Kuranyi, 90+5 - Mitroviç, 29

İlk oyun - 0:0

“Zenit” (Rusiya) - PSV (Hollandiya) - 3:0

Qollar: Rondon, 29: 67, Hulk, 47

İlk oyun - 1:0

“Beşiktaş” (Türkiyə) - “Liverpul” (İngiltərə) - 1:0 (pen - 5:4)

Qol: Arslan, 72

İlk oyun - 0:1

“Dinamo” K (Ukrayna) - "Genqam" (Fransa) - 3:1

Qollar: Teodorszyk, 31, Buyalskyy, 46, Qusev, 75-pen - Mandanne, 68

İlk oyun – 1:2

“Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə) - 2:0

Qollar: Qomes, 54, Salah, 71

İlk oyun - 1:1

“İnter” (İtaliya) - “Seltik” (Şotlandiya) - 1:0

Qol: Quarin, 88

İlk oyun - 3:3

“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya) - 0:3

Qollar: Milik, 11; 43, Serero, 13

İlk oyun – 0:1

“Borussiya” M (Almaniya) - “Sevilya” (İspaniya) - 2:3

Qollar: Xaka, 19, Hazard , 60 - Stransl, 8-avtoqol, Vitolo, 26; 79

İlk oyun – 0:1

"Zalsburq" (Avstriya) - “Vilyarreal” (İspaniya) - 1:3

Qollar: Dyuriçin, 18 - Vietto, 33; 76, dos Santos, 79

İlk oyun – 1:2

“Atletik” (İspaniya) - “Torino” (İtaliya) - 2:3

Qollar: İraola, 44,  de Markos, 61- Quaqlyarella, 16-pen, Lopes, 45+3, Darmian, 67

İlk oyun –  2:2

“Brügge” (Belçika)  - "Olborq" (Danimarka) - 3:0

Qollar: Vazqyes, 11, Oulare, 64, Bolinqoli-Mbombo, 74

İlk oyun – 3:1

“Everton” (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 3:1

Qollar: Lukaku, 25-pen; 30, Mirallas, 42 - Sanoqo, 13

İlk oyun – 4:1

“Feyenoord” (Hollandiya) - “Roma” (İtaliya) - 1:2

Qollar: Manu, 57 - Lyayiç, 45+2, Cervinyo, 60

İlk oyun – 1:1

“Napoli” (İtaliya) - "Trabzonspor” (Türkiyə) - 1:0

Qol: de Quzman, 19

İlk oyun – 4:0

“Olimpiakos” (Yunanıstan) - “Dnepr” (Ukrayna) - 2:2

Qollar: Mitroğlou, 14, Dominqes , 90-pen - Fedeski, 23, Kaliniç, 90+2

İlk oyun – 0:2

“Sportinq” (Portuqaliya) - "Volfsburq" (Almaniya) - 0:0

İlk oyun – 0:2

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!