27 Fevral, 2015
Bakı-Sumqayıt yolunda tıxac

Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda şəhər istiqamətinə doğru böyük tıxac yaranıb.

Simsar.az-ın məlumatına görə, tıxac Masazır dairəsindən paytaxt istiqamətinə doğru uzanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, saat 09:17-də bu yolda avtomobillərin orta sürəti 12,86 km/saat olub.

Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkəti tənzimlənir.

Hərəkətin iflic olması I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə bağlı Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə əlaqədardır.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, beynəlxalq tədbirlə əlaqədar yollardakı təmir və yenidənqurma işləri mart ayının sonuna qədər yekunlaşacaq.

Qeyd edək ki, Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!