27 Fevral, 2015
Dünyanın məşhur qızı həbs oluna bilər

1985-ci ildə "National Geographic" dərgisinin üz qabığında çıxan fotosu ilə dünyada məşhurlaşan pakistanlı qadın Şarbat Gula şəxsiyyəti təsdiqləyən sənədlərin saxtakarlıq edilməsində ittiham edilir.

Simsar.az-ın məlumatına görə, bu haqda The Daily Mail yazır.

Şarbat Gula amerikalı fotoqraf Stiv Makkarninin 1984-cü ildə bir qaçqın düşərgəsində çəkdiyi əfqan qızının portreti ilə məşhurlaşıb.

12 yaşlı Şarbat Gulanın fotosu 1985-ci ildə "National Geographic" dərgisinin üz qabığında çıxıb.

Fotoqraf həmin əfqan qızı növbəti dəfə 2002-ci ildə çəkib. Pakistan məmurları iddia edirlər ki, Şarbat Gula 2014-cü ilin aprelində Pişəvər şəhərində saxta Pakistan şəxsiyyət vəsiqəsiylə Şarbat Bibi adından istifadə edərək yaşayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!