26 Fevral, 2015
2 rus təyyarəsi ələ keçirildi

Litvanın Şyaulyay şəhərində Typhoon italyan qırıcıları Rusiya Hərbi Hava Qüvvələrlərinin An-22 və An-72 nəqliyyat təyyarələrinin Baltik dənizinin üstündə uçuşlarının qarşısını almaq üçün havaya qaldırılıb.

Simsar.az-ın məlumatına görə, bu haqda Litva Müdafiə Nazirliyi açıqlama verib.

"Biz An-22 və An-72 nəqliyyat təyyarələrini ələ keçirdik, onlar Rusiya Federasiyasının materik hissəsindən Kalininqrad sahəsinə uçurdular. Rusiya təyyarələri plansız hərəkət edirdilər", - deyə açıqlamada bildirilir.

Rusiya hərbi təyyarələri fevralın 6, 9, 13-ü və yanvarın 30-da da Baltik dənizi üzərində görünüblər.

Fevralın 10 da Latviyada Rusiya səfiri Aleksandr Veşnyakov bildirmişdi ki, Rusiya təyyarələri heç bir ölkənin sərhədini pozmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!