26 Fevral, 2015
İŞİD-çi əvəzinə Putinin şəkilini göstərib

ABŞ-ın CNN telekanalı İŞİD-çi Cihadi Con haqqında yayımlanan süjetdə Rusiya prezidenti Vladimir Putinin şəkilini göstərib.

Simsar.az-ın məlumatına görə, bu haqda Rusiya mətbuatı xəbər verir.

Belə ki, aparıcı Cihadi Con haqqında danışarkən arxa fonda Putinin fotosu görünüb.

Telekanal rəhbərliyi hadisənin texniki nasazlıq ucbatından baş verdiyi bildirilir. Video sosial şəbəkələrdə və Youtube-da yayılıb. Sosial şəbəkələrin bəzilərindən video silinib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının cəlladı “Cihadi Con”un əsl adı Mohammed Emvazidir. O London sakinidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!