26 Fevral, 2015
“Borussiya”ya bomba ŞOKU

“Borussiya”nın (Dortmund) ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” stadionunda bomba tapılıb.

Simsar.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bomba bu gün VİP loja yaxınlığında stadion işçiləri tərəfindən aşkarlanıb.

250 kq ağırlıqda olduğu iddia edilən bombanın İkinci Dünya Müharibəsindən qaldığı məlum olub.

Polis bombanı zərərsizləşdirmək üçün stadionun içini və ətrafını boşaldıb, 250 metrlik məsafədəki bütün dükanlar bağladılıb.

Qeyd edək ki, təkcə Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsindən qalmış 3 minə yaxın bombanın tapılmadığı bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!