26 Fevral, 2015
Lippi Çin klubundan getdi

Çinin "Quançjou Everqrand" klubunun idman direktoru olan Marselo Lippi vəzifəsindən gedib.

Simsar.az-ın "L’Equipe"yə istinadən verdiyi məlumata görə, 66 yaşlı mütəxəssis istefa verdiyini açıqlayaraq komandadan ayrılıb.

Çin təmsilçisinin sabiq baş məşqçisi qərarını səhhətinin yaxşı olmaması və şəxsi məsələləri ilə əlaqələndirib. Ötən ilin noyabr ayında yaşının çox olmasını əsas gətirərək "Quançjou Everqrand"ın baş məşqçi vəzifəsindən istefa verən Lippini İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro əvəzləyib.

Qeyd edək ki, 2006-ci ildə İtaliya millisi ilə dünya kubokunu qazanan Lippi Çin klubu ilə bir dəfə Asiya Çempionlar Liqasının qalibi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!