26 Fevral, 2015
Taleh Xasməmmədov barədə HƏBS

Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Simsar.az xəbər verir ki, bu barədə müsavat.com-a onun yaxınları məlumat verdilər: “3 gün onu polis şöbəsində saxlayandan sonra fevralın 26-da saat 17 radələrində məhkəməyə gətirdilər və hakim 5 dəqiqəlik proses keçirərək, barəsində həbs qətimkan tədbiri seçdi”.

Yaxınlarının bildirdiyinə görə T.Xasməmmədov fevralın 24-də səhər saatlarında anası ilə birgə mebel salonuna gələrkən bir nəfər şəxs hüquq müdafiəçisinə yaxınlaşaraq onun üzünə tüpürüb və dərhal yerə yıxılaraq çabalamağa başlayıb.  Dərhal da polislər T.Xasməmmədovu həbs edərək aparıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!