26 Fevral, 2015
“Nurgün”ün vitse-prezidentinin ölüm SƏBƏBİ

“Qardaşım Müşfiqin ölümü ilə bağlı mətbuatda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil”.

Simsar.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında ötən gün vəfat edən “Nurgün” şirkətlər qrupunun vitse-prezident Müşfiq Səfiyevin kiçik qardaşı Vüqar Səfiyev deyib.

O, bildirib ki, artıq M. Səfiyevin cənazəsi Xırdalan qəbiristanlığında torpağa tapşırılıb:

“İndi qardaşımın cənazəsini dəfn edib gəlirik. Qardaşımın heç bir xəstəliyi yox idi. Diaqnoza görə, qardaşım qan təzyiqindən dünyasını dəyişib. O axşam yatıb, səhər oyanmayıb. Təzyiqi yüksək olub, elə ona görə də dünayasını dəyişib”.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!