26 Fevral, 2015
Əli Həsənova müavin təyin edildi

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

Simsar.az xəbər verir ki,  V. Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır.

2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!