3 May, 2011
Gömrük işçilərinin gəlirləri 2 dəfə arta bilər

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib

«Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar İnkişaf Fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları»na Azərbaycan Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliklər gömrük işçilərinin stimullaşdırılmasına yönəldilib.

Simsar.az -ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Qeyd edək ki, bu qaydalar hökumətin 1997-ci il 25 dekabr tarixli qərarı ilə təsdiqlənib. Yeni qərarla, qaydalara edilən əlavələrə əsasən, İnkişaf Fonduna daxil olan vəsaitlərin 25%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.

A.Əliyevin sözlərinə görə, Fondun vəsaitlərinin gömrük əməkdaşlarına verilən əlavələrin həcmi hətta onların maaşlarından artıq ola bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!