3 May, 2011
Saxta tələbə biletlərinin verilməsi faktı üzrə cinayət işi başlanıb

Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb

Azərbaycanda saxta tələbə biletlərinin hazırlanması faktı aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Sənəm Mehdiyevanın 2008-ci il avqustun 2-də, şəhər sakinləri Vüsal Rəhimovdan 9500 manat və 2009-cu il iyulun 28-də Asif Dəmirovdan 15000 manat alaraq onlara saxta tələbə biletləri verməsi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!